Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la səfər matçında “Kəpəz”in futbolçusu Əli Səmədovun vurduğu qol Gəncə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinə 2:1 hesablı qələbə və 1/4 finala vəsiqə qazandıran bu top həm yarışda, həm də səfərdəki yubiley qolu olub. Qərblilər ölkə kuboku tarixində 180-ci qoluna imza atıb. “Kəpəz” bu göstəricidə yalnız üç komandadan – “Qarabağ”, “Neftçi” və “Bakı”dan geri qalır.
Əlinin qolu həm də səfərdəki 70-ci uğur olub. Gəncəlilər yalnız iki komanda – yarışın ən titulluları olan “Qarabağ”la “Neftçi”dən az fərqlənib.
saytlarin hazirlanmasi