Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış “Qarabağ” – “Səbail” (4:0) oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Ağır qrafikə giririk. Futbolçular üçün çətindi. Meydança amili də var. Hər dəfə meydanı dəyişəndə futbolçuların köhnə problemləri baş qaldırır. Bizim üçün bir qədər çətindi. Rəqib çempionatın ən yaxşı komandalarındandı. Erkən qollar oyundan əvvəlkı planlarımızı alt-üst etdi. Fasilədən sonra oyunu dəyişmək imkanımız var idi. Qol epizodları yaratdıq. Bir top vursaydıq, bəlkə də, 1 xal qazana bilərdik. Belə məğlubiyyəti gözləmirdik. Müdaifədə istədiklərimi görə bilmirəm. Yalnız iki mərkəz müdafiəçisi ilə davam edirik. Ona görə bizim üçün çətindi. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyük hesablı məğlubiyyətin səbəbi son dəqiqələrdəki diqqətsizlik oldu. “Qarabağ”ı təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq. Qarşıda bizi ağır matçla gözləyir.
- Komandada heyət yetərsizliyi müşahidə olunur. Qarşıdakı günlərdə transfer gözlənilirmi?
- Gözlənilir. Orta xətt oyunçusu ilə danışıqlarımız yekunlaşmaq üzrədi. Makedoniyalı oyunçudu. Ad açıqlamaq istərdim. Amma sənədləşmə məsələləri çətindi. Ona görə öncədən deyə bilmirəm. Düşünürəm ki, növbəti matça kimi heyətə bir futbolçu qatacağıq. Müdafiənin mərkəzinə oyunçu axtarırıq. Amma istədiyimiz oyunçunu tapa bilmirik. Bəlkə də, mövsümün sonuna kimi belə davam edəcəyik.
- Meydan amilini qeyd etdiz. Hər dəfə suni örtükdən təbii örtüyə keçəndə problem yaşayırsız. Buna bir çarə tapmaq mümkündümü?
- Bu problem var. əvvəl də olub. İnanıram ki, gələcəkdə bütün meydançalar təbii örtükdə olar. Bu problem var ki, qeyd edirəm. Futbolçular üçün çətindi. Bilmirəm nə fikirləşim ki, futbolçuları 4 gündən bir sağlam şəkildə meydana çıxarım.
- Nikolas Hagenin oyunu necə dəyərləndirirsiz? Kamran Ağayevə şans verməyiniz gözlənilirmi?
- Tək Hagen yox, digər futbolçular da səhvlər etdi. Qapı mövqeyi daha çətindi. Düşünmürəm ki, kobud səhvlərə yol verdi. Yaxın zamanlarda Kamranı meydanda görə bilərik. Qapı mövqeyində rəqabət var. Hər ikisinə şans verəcəyik.
- Qarşıda “Sumqayıt”la ardıcıl 3 oyununuz var. Düşünmürsüz ki, Avropa Liqası hədəfi üçün həlledici mərhələdi?
- Çempionatın sonuna kimi cəhd edəcəyik. Ancaq bilmirəm ki, bu məsələ qarşıdakı kubok oyunlarında həll olunacaq, ya yox. Mübarizədən qopmamağa çalışacağıq. Turnir cədvəlində vəziyyət sıxdı.