“Səbail” növbəti transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, paytaxt klubu Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviçi heyətinə qatıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Təcrübəli oyunçu yeni komandasında 23 nömrəli formanı geyinəcək.
O, keçidi ilə bağlı açıqlama verib: “Burada olmağıma şadam. “Səbail” əla təşkilatçılığı ilə seçilən klubdur. Komandanın uğurları üçün bütün bacarığımı ortaya qoyacam”.
Son olaraq ölkəsində “Vardar”da çıxış edən Petroviç Şimali Makedoniya yığmasında da 9 oyun keçirib.
saytlarin hazirlanmasi