"Yuventus"un futbolçusu Sami Xedira karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü Bundesliqa təmsilçisi "Herta" ilə razılığa gəlib. Berlin təmsilçisi 33 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalayıb.
Xedira 2010-cu ildə "Ştutqart"dan 14 milyon avro qarşılığında Madrid "Real"ına keçmişdi. O, 2015-ci ildən "Yuventus"da çıxış edirdi.
saytlarin hazirlanmasi
