Gəncənin “Kəpəz” klubu Azərbaycan Kubokunda 100-cü oyununu keçirib.
Sportal.az xəbər verir ki, yubiley 1/4 final mərhələsinin “Keşlə” ilə cavab matçına təsadüf edib.
Bu qarşılaşmayadək 99 görüşə çıxan qərblilər 0:2 hesabı ilə uduzub. Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıb.
“Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.
saytlarin hazirlanmasi