Özildən "Fənərbaxça"ya üzücü xəbər

11:46 - 5 Mart 2021

"Fənərbaxça"nın futbolçusu Mesut Özil zədələnib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin keçmiş üzvü Super Liqanın 27-ci turunda "Antalyaspor"la keçirilən matçda (1:1) zədələnib. Ayaq əzələsindən zədələnən 32 yaşlı yarımmüdafiəçi ən azı bir ay yaşıl meydanlardan kənar qalacaq.

 

Özil qış fasiləsində "Arsenal"dan İstanbul klubuna keçib.

Xəbər xətti