Super Liqa klubu baş məşqçini göndərdi

09:48 - 5 Mart 2021

“Rizəspor” baş məşqçisi Marius Şumuditsa ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi 50 yaşlı mütəxəssisin müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

 

Rumıniyalı mütəxəssis bu il yanvarın 26-da “Rizəspor”da baş məşqçi postuna gətirilmişdi. Komanda Super Liqada 16-cı sıradadır.

Xəbər xətti