"Səbail"dən ayrılan futbolçu "Traktor"da

12:12 - 16 Mart 2021

“Səbail”dən ayrılan Peyman Keşavarzın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, cənubi azərbaycanlı futbolçu İran yüksək liqasında çıxış edən "Traktor"la anlaşıb.

 

Peyman Keşavarz 2020-ci ilin yanvarından “Səbail”in uğurları üçün çalışırdı. O, komandanın heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

 

Peymandan əvvəl "Neftçi"dən ayrılan Saman Nərimancahan da "Traktor"a keçib.

Xəbər xətti