"Qalatasaray" Muslera ilə yeni müqavilə imzaladı

15:53 - 16 Mart 2021

"Qalatasaray" qapıçısı Fernando Musleranın mövsümün sonunda bitəcək müqaviləsini uzatmağa qərar verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı qapıçı ilə 3 illik razılığa gəlib. Onun illik maaşı 2,5 milyon avro olacaq.

 

Uruqvaylı qapıçı 2011-ci ildən "sarı-qırmızılar"da çıxış edir.

Xəbər xətti