"Qalatasaray"ın Arda Turan qərarı

14:14 - 18 Mart 2021

"Qalatasaray" yarımmüdafiəçisi Arda Turanla bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq 34 yaşlı futbolçu ilə daha 1 illik sözləşmə bağlamaq fikrindədir. Türkiyə millisinin keçmiş üzvü bu mövsüm "sarı-qırmızı" formada daha 4 oyun keçirsə, onun müqaviləsi avtomatik olaraq, 1 illik uzadılacaq.

 

Amma "Qalatasaray" rəhbərliyi bu maddəyə ehtiyac duymur və futbolçunun performansından razıdır. Bu səbəbdən Arda növbəti mövsümü də komandada keçirəcək. Onun gələn mövsüm maaşı 5 milyon TL olacaq.

 

Arda bu mövsüm Super Liqada keçirdiyi 23 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti