"Qalatasaray" 7 qol vurulan oyunda uduzdu - VİDEO

11:11 - 20 Mart 2021

Türkiyə Super Liqasında 31-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray" evdə "Rizəspor"u qəbul edib. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra "Qalatasaray" 61 xalla 2-ci, "Rizəspor" 34 xalla 12-cidir. Turnir cədvəlinə 63 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbaxça" 58 xalla 3-cüdür.

 

"Qalatasaray" - "Rizəspor" - 3:4
Qollar:
Yedlin, 14, Akbaba, 31, Meriah, 74-avtoqol - Samu, 2, Boldrin, 4, Şkoda, 54 (pen.), Boldrin, 90+2
Qırmızı vərəqə: Yedlin, 79 ("Qalatasaray")

 

Xəbər xətti