"Ayaks"da yeni müqavilə

00:00 - 21 Mart 2021

Niderlandın “Ayaks” klubunda yeni müqavilə qeyd alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Amsterdam təmsilçisi Deyli Blindin müqaviləsini 2023-cü ilin iyunun 30-dək uzadıb.

 

31 yaşlı niderlandlı müdafiəçi 2018-ci ildə "Mançester Yunayted"dən "Ayaks"a keçib. Blind 1998-ci ildə "Qroningen" akademiyasından "Ayaks"a keçib və 2014-cü ilə qədər bu komandada çıxış edib.

Xəbər xətti