"Fənərbaxça" Erol Bulutu istefaya göndərdi

21:21 - 25 Mart 2021

"Fənərbaxça" baş məşqçisi Eol Bulutla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 46 yaşlı mütəxəssisin müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. Komandanı mövsümün sonuna qədər klubun idman direktoru Əmrə Bəlözoğlu çalışdıracaq.

 

Erol Bulut ötən ilin avqust ayından "sarı-lacıvərdlilər"i çalışdırırdı. "Fənərbaxça" Super Liqada 59 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti