Löv "Fənərbaxça"da?

12:42 - 26 Mart 2021

Almaniya millisindən ayrılmağa qərar verən baş məşqçisi Yoahim Löv "Fənərbaxça"nın baş məşqçisi ola bilər.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, 61 yaşlı mütəxəssisin gələn mövsümdən İstanbul təmsilçisini çalışdırmaq ehtimalı var. Onunla danışıqlar aparılacağı bildirilir.

 

Löv AÇ-2020-dən sonra Almaniya yığmasından ayrılacağını açıqlamışdı.

 

Almaniyalı çalışdırıcı 1998/99 mövsümündə “Fənərbaxça”nın baş məşqçisi olub.

Xəbər xətti