Türkiyə - Latviya oyununa azarkeşlər buraxılacaq

23:43 - 28 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Latviya matçını azarkeşlər stadionadan izləyəcəklər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 15 faizin doldurulmasına icazə verilib . Bu isə 76 min 761 nəfərlik arenaya təqribən 12 minə yaxın azarkeşin buraxılacağı deməkdir. Azarkeşlər üçün bütün sağlamlıq tədbirləri və HES kodu məcburi olacaq.

 

Martın 30-da keçiriləcək Türkiyə - Latviya matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti