Belhanda "Valensiya" yolunda

15:15 - 29 Mart 2021

“Qalatasaray”dan ayrılan Yunes Belhanda karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Valensiya” ilə danışıqlar aparır. "Yarasalar"ın azad agent statusu daşıyan futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayacağı gözlənilir.

 

31 yaşlı futbolçu 2017-ci ildən Türkiyə klubunda çıxış edirdi. O, "sarı-qırmızılar"da keçirdiyi 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.

Xəbər xətti