“Səbail”in seriyası qırıldı

“Səbail”in ev oyunlarındakı qol seriyası qırılıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa çərçivəsində öz meydanında keçirdiyi son 11 oyunda rəqib qapısına yol tapan bakılılar XXI turda dayanıb.

 

“Səbail” “Zirə”nin qapısına yol tapa bilməyib – 0:0. “Səbail” sonuncu dəfə 2020-ci il fevralın 2-də “Qarabağ”la görüşdə (0:1) qonaqların qapısına qol vurmamışdı.

 

Ötən mövsümün 2, cari çempionatın 9 matçında fərqlənən paytaxt təmsilçisi bu müddətdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub. “Səbail” seriya dövründəki 11 ev oyununda 16 qola sevinib.

 

Tarix: 5 Aprel [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio