Aftandil Hacıyev: "Hər oyun bizim üçün bir imtahandır"

21:10 - 10 Aprel 2021

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, öncə oyunu şərh edib:

 

- Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Bizə gəlincə, 1-2 epizod var idi ki, qol vura bilərdik. Ümumilikdə, iki hissədə də eyni oyunu göstərdik. Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladılar. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar.

 

- Məqsəd İsayevin məqsədi nə idi?
- Məqsəd yaxşı çıxış etdi. Topu kənara vurması və sarı vərəqəyə ilə bağlı fasilədə onunla danışdıq. Görünür ki, onunla bir az daha söhbət etməyə ehtiyac var. Fərdi danışıq aparacağıq.

Xəbər xətti