Niderlandın “Qroningen” klubunun futbolçusu Aryen Robben 6 aylıq fasilədən sonra yaşıl meydanlara qayıdıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı oyunçu Erediviziyanın 29-cu turunda “Herenven” ilə görüşdə iştirak edib.
O, matçın 78-ci dəqiqəsində meydana daxil olub.
Robben sonuncu dəfə 2020-ci ilin oktyabrın 18-də “Utrext”lə görüşdə meydana çıxmışdı.
saytlarin hazirlanmasi