Premyer Liqanın 23-cü turunun "Qarabağ"la matçında rəqib qapıçı Şahruddin Məhəmmədəliyevi zədələyən "Səbail"in hücumçusu Amil Yunanov epizodla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu "Instagram"da bunu qeyd edib:
"Allah köməyin olsun, qardaş. Belə olmasını istəməzdim. İnşallah, tez sağal!"
Üz, burun və kəllə nahiyələrində ciddi xəsarət alan Məhəmmədəliyevə 25 tikiş qoyulub.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Səbail"in qolunu Amil Yunanov, "Qarabağ"ın isə Uroş Matiç vurub.
saytlarin hazirlanmasi