Avropa Super Liqası rəsmən yaradıldı - UEFA ilə mübarizə

UEFA ilə Avropa Klublar Birliyi arasındakı yeni Çempionlar Liqasının formatı və yayım hüquqların gəliri ilə bağlı anlaşma əldə edilmədiyi üçün klublar fərqli addım atdı.

 

Sportal.az xəbər verir ki, qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.

 

Fransa, Almaniya və Portuqaliya klubları isə rəsmi açıqlama verməyiblər.

 

Yeni turnirdə iştirak edəcəyini açıqlayan 12 klub Avropa Klublar Birliyindən ayrıldığını açıqlayıb. Bundan əlavə, Avropa Klublar Birliyinin rəhbəri Andrea Anyelli postundan gedib və UEFA İcraiyyə Komitəsinin üzvlüyündə də yer almayacaq.

 

Avropa Super Liqası bəyanatında 2021-ci ilin avqustunda yeni mövsümə start veriləcəyini açıqlayıb. Turnirin ümuim büdcəsi 10 milyard avroya yaxın olacaq. 3,5 milyard avro isə klublar arasında bölünəcək.

 

Avropa Super Liqasının prezidenti "Real"ın rəhbəri olan Florentino Peres olacaq. Vitse prezidentlər "Yuventus"un prezidenti Andrea Anyelli, Coel Qleyzer ("Mançester Yunayted") olacaqlar.

 

FIFA və UEFA bu turnirin yaradılmasına qarşı olduqlarını açıqlayıblar.

 

Avropa Super Liqasında 20 komanda iştirak edəcək. 15 komanda birbaşa turnirdə mübarizə aparacaq, 5 komanda isə pley-offdan gələcək. 20 komanda 2 qrupa bölünəcək və çempionat 18 tur davam edəcək. Qruplarda ilk 4 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

 

3,5 milyard avro hər il çempionatda iştirak edəcək komandalar arasında bölünəcək. İlk 6-lıqda olacaq komandaların gəliri 350 milyon avro olacaq. Yeni liqanın hədəfi büdcəni 4 milyard avro və daha yuxarı etməkdir.

 

UEFA isə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası üçün ümumilikdə 3,25 milyard avro büdcə ayırıb. Bu da nəhəng klubları razı salmır.

Tarix: 19 Aprel [10:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio