FIFA-dan yeni turnirlə bağlı açıqlama

FIFA Avropa Super Liqasının yaradılmasına qarşıdır.

 

Sportal.az xəbər verir ki, ali futbol qurumunun bəyanatında bu barədə məlumat yayılıb.

 

"Biz futbolun beynəlxalq strukturlardan çıxamasını istəmirik. FIFA-nın da yaradılış məqsədi budur. FIFA Avropadan qopanlara dəstək verməyəcək. Bu turnir beynəlxalq futbol birliyinin kənarında olacaq. Bu yarış prinsiplərimizə hörmətsizlikdir".

 

Avropanın 12 klubu - “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” Super Liqaya qoşulduğunu bəyan edib.

Tarix: 19 Aprel [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 May 2021
15  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio