Niderlandın "Ayaks" klubu Avropa Super Liqasına qatılmaqdan imtina edib.
Sportal.az xəbər verir ki, bu barəəd klubun idman direktoru Edvin van der Sar məlumat verib:
"Biz bu plana görə təəssüf edirik. UEFA-nın formatını dəstəkləyirik. Çempionlar Liqasında oynamağa davam etmək istəyirik. Bəzi klubların ani qərarına təəccübləndik. Bu səbəbdən Avropa futbolu qeyri-müəyyən vaxta qədər təhdid altında olacaq".
Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.
saytlarin hazirlanmasi