"Atom bombası atdılar, 3-cü dünya müharibəsi futbolda olacaq"

15:47 - 20 Aprel 2021

Polşa Futbol Federasiyasının prezidenti və UEFA İcraiyyə Komitəsinin üçvü Zbiqnev Bonek 12 klubun Super Liqa layihəsi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, bunları deyib:

 

"Çərşənbə axşamı UEFA İdarə Heyətinin iclası var. İndidən hazır olun. 3-cü dünya müharibəsi bu dəfə futbolda olacaq. Atom bombası atdılar və partladı. Hər cür qərar qəbul edilə bilər. UEFA-nın mövqeyi açıq və qətidir. Buna federasiyalar da dəstək verib. Bu layihədən sonra böyük yaralar əmələ gələcək. UEFA 12 kluba qarşı qərarlı davranmalıdır. Onlar tək qala bilərlər, yerli liqalar və kuboklarda oynamaları, UEFA və FIFA yarışlarına qatılan klublardan transfer etmələrinin əngəllənməsi mümkündür. Futbolçuları milli komandalara buraxılmayacaq. İndi rəsmi qərar verilməyib. Bütün məsələlər hüquqi olaraq tənzimlənəcək. Siyasətçilər də danışacaq. Avropa İttifaqının mövqeyi nəzərə alınacaq. Hələlik bu klublar qərarlı görünürlər. Ancaq heç 1 gün keçməyib. Bütün yarışlardan kənar qalmağa razılaşa biləcəklərmi? Görəcəyik".

 

Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.

Xəbər xətti