55 federasiya Super Liqaya qarşı - UEFA açıqladı

22:00 - 20 Aprel 2021

UEFA-ya üzv olan 55 ölkənin federasiyası yeni yaradılan Avropa Super Liqasını qəti şəkildə qınayan bəyannaməni təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın 45-ci konqresində qərar verilib.

 

Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.

 

Xəbər xətti