Avropa Super Liqası başlamadan başa çatdı

00:00 - 21 Aprel 2021

Artan etirazlardan sonra yeni yaradılan Avropa Super Liqası 48 saat ərzində ləğv ediləcək.

 

Sportal.az xəbər verir ki, yarışa qatılacağını açıqlayan 12 klub yenidən bir araya gəlib, turniri təxirə salmaq üçün müzakirə aparacaqlar.

 

"Mançester Siti" liqadan çəkildiyini artıq rəsmən açıqlayıb. "Çelsi" də tezlikə rəsmi açıqlama yayacaq. UEFA və FIFA-nın basqısından sonra digər ingilis klublarının da turnirdən imtina edəcəkləri gözlənilir.

 

İspaniyadan isə "Atletiko" və "Barselona" geri addım atıblar.

 

Qitənin 12 klubu - “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlamışdılar.

Xəbər xətti