Türkiyə millisinin Bakı planı

12:53 - 21 Aprel 2021

Türkiyə millisinin AÇ-2020 üçün hazırlıq proqramı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yığma mayın 17-də Antalyada bir araya gələcək. Komanda ayın 27-də Alaniyadakı "Oba" stadionunda Azərbaycan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Mayın 31-də isə "ay-ulduzlular" Antalyada Şimali İrlandiya ilə üz-üzə gələcək.

 

Milli iyunun 2-də Almaniyaya yollanacaq və Harsevinkel şəhərində məskunlaşacaq. Komanda ayın 3-ü Moldova ilə qarşılaşacaq.

 

İyunun 11-də Avropa çempionatının açılış matçında İtaliya ilə qarşılaşacaq Türkiyə yığması ayın 10-da Romaya yollanacaq.

 

Türkiyə millisi qrupdakı digər rəqibləri - Uels və İsveçrə ilə oyunlar üçün iyunun 12-də Bakıya gələcək və “Fairmont Baku Flame Towers” otelində məskunlaşacaq.

 

Avropa çempionatının açılış matçı iyunun 11-i Bakı vaxtı ilə saat 23:00-da Roma Olimpiya Stadionunda baş tutacaq. Ev sahibi İtaliya Türkiyə ilə üz-üzə gələcək.

Xəbər xətti