Abubakar yenə zədələndi

13:49 - 21 Aprel 2021

“Beşiktaş” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vinsent Abubakar zədələnib. Kamerunlu hücumçu Super Liqanın 36-cı turunda "Sivasspor"la matçda (0:0) sıradan çıxıb.

 

İlk hissədə zədələnən futbolçunun son durumu açıqlanamyıb. Lakin Abubakarın bir neçə həftə komandaya kömək etməyəcəyi dəqiqdir.

 

29 yaşlı hücumçu bu mövsüm Super Liqada keçirdiyi 26 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti