10-cu məğlubiyyət, 50-ci oyunda

11:45 - 22 Aprel 2021

“Keşlə” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, turnirdə 1997/98 mövsümündə debüt edən paytaxt təmsilçisinin yubileyi yarımfinalın “Zirə” ilə ilk matçına təsadüf edib. 1:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri həm də klub tarixində 10-cu ev məğlubiyyətini alıb.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən komanda öz meydanında keçirdiyi digər görüşlərdə 30 qələbə qazanıb və 10 heç-heçə edib.

 

Yalnız iki komanda kubokda daha çox ev oyunu keçirib. “Neftçi” 77, “Qarabağ” 71 dəfə rəqibini öz meydanında qəbul edib.

Xəbər xətti