UEFA 12 klubla bağlı qərarını açıqladı

17:47 - 23 Aprel 2021

UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında Avropa Superliqasına qoşulan klublar müzakirə olunub.

 

Sportal.az xəbər verir ki, iclasda sözügedən layihənin qurucusu ola 12 kluba sanksiya tətbiq edilməməsi qərara alınıb.

 

Aprelin 19-da İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları  Superliqa təşkil etdiklərini açıqlamışdı. Ancaq bu lahiyə artıq iflasa uğrayıb və “Real”la “Barselona”dan başqa bütün klublar turnirdən imtina ediblər.

Xəbər xətti