"Mançester Siti" 17 yaşlı futbolçunu transfer etdi

12:12 - 24 Aprel 2021

"Mançester Siti" Braziliyanın “Fluminense” klubunun oyunçusu Kayki da Silvanı transfer edib.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər” 17 yaşlı futbolçunun keçidi üçün bonuslarla birgə 15 milyon funt-sterlinq təzminat ödəyib. Gənc futbolçu Braziliyada mövsüm bitdikdən sonra Mançester klubuna qoşulacaq.

 

Braziliyalı sağ cinah vingeri "Fluminense" yetirməsidir.

Xəbər xətti