"Buna hazırdılarsa, öz Super Liqalarında mübarizə apara bilərlər"

15:15 - 24 Aprel 2021

UEFA prezidenti Aleksander Çeferin hələ də Avropa Super Liqasından imtina etməyən klublar barədə danışıb.

 

Sportal.az xəbər verir ki, sloveniyalı funksioner açıqlamasında növbəti dəfə həmin komandaları Çempionlar Liqasından kənarlaşdırmaqla hədələyib.

 

Çeferin bildirib ki, Super Liqada qalan "Barselona" və "Real", həmçinin "Yuventus" son qərarlarını verməlidilər: "Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdılarsa, öz Super Liqalarında mübarizə apara bilərlər".

Xəbər xətti