"Səbail"in 100-ü

“Səbail” Premyer Liqada 100-cü oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yubiley XXIV turun “Keşlə” ilə matçına təsadüf edib. Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən “Səbail”in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.

 

“Səbail”in ilk oyunu 2017-ci il avqustun 13-nə təsadüf edib. “Zirə”nin qonağı olan komanda 1:2 hesabı ilə uduzub.

Tarix: 26 Aprel [15:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio