Milli "Səbail"ə böyük hesabla uduzdu

00:12 - 27 Aprel 2021

U-19 millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, yığma daha 1 yoxlama oyunu keçirib. Millimizin budəfəki rəqibi “Səbail” olub.
 
Premyer Liqa təmsilçisi bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. “Dənizçilər”in heyətində Amil Yunanov het-trik edib. 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan hücumçu, 60 və 75-ci dəqiqələrdə də fərqlənib. Digər qolu isə 30-cu dəqiqədə Mirsahib Abbasov rəqib qapısından keçirib.
 
U-19 millimiz bundan əvvəlki sınaq matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabıyla uduzmuşdu.

Xəbər xətti