Millimizin üzvünün atası "Milan"la görüşdü - transferlə bağlı

12:28 - 29 Aprel 2021

"Feyenoord"un futbolçusu Orkun Kökçü karyerasını "Milan"da davam etdirə bilər.

 

Sportal.az "Sky Italia"ya istinadla xəbər verir ki, Türkiyə millisinin üzvünün atası və agenti olan Halis Kökçü İtaliyada klub rəsmiləri ilə bir araya gəliblər.

 

Xəbərdə "Milan"ın mövsümün sonunda Rotterdam təmsilçisinə rəsmi təklif ünvanlayacağı qeyd olunub.

 

20 yaşlı yarımmüdafiəçi ilə "İnter", "Roma", "Lion", "Arsenal" və "Tottenhem" də maraqlanır. Gənc futbolçunun qardaşı Ozancan Kökçü Azərbaycan millisinin üzvüdür. Ozan müqavilə ilə "Sabah"a məxsusdur və hazırda Niderlandın 2-ci liqa təmsilçisi "Telstar"da icarə əsasında çıxış edir.

 

Orkun Kökçü bu mövsüm "Feyenoord"da keçirdiyi 25 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

Milan, Orkun Kökçü için ilk görüşmeyi gerçekleştirdi

Xəbər xətti