Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcək.
Sportal.az xəbər verir ki, Ayxan Abbasov 2018/19 mövsümündə olduğu kimi yenə “Sumqayıt”ın “sükanı arxası”nda həlledici qarşılaşmaya vəsiqə qazanıb. “Keşlə”yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə “Qəbələ”nin baş məşqçisi kimi buna nail olub.
Ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. Ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.
Həmçinin, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.
saytlarin hazirlanmasi