"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dünən "Keşlə"yə qarşı Azərbaycan kubokunun matçında baş hakim Elçin Məsiyevə etiraz edib.
Sportal.az xəbər verir ki, buna matçın 88-ci dəqiqəsində komandanın müdafiəçisi Lazer Çorçeviçə qırmızı vərəqə göstərilməsi və penalti təyin edilməsi səbəb olub.
Bu səbəbdən Rəşad Sadıqov meydana daxil olaraq narazılığını bildirib. Etiraza görə Sadıqov da qırmızı vərəqə alıb.
saytlarin hazirlanmasi