"Sumqayıt"dan Ukrayna klubuna

00:49 - 1 May 2021

"Sumqayıt"ın futbolçusu Murad Xaçayev gələn mövsümdən karyerasını Ukraynada davam etdirəcək.

 

Sportal.az "Footboom"a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi "Zarya" ilə razılığa gəlib.

 

Xaçayev 2018-ci ilin yayında Donetsk "Şaxtyor"undan "gənclik şəhəri" təmsilçisinə keçib. O, bu mövsüm keçirdiyi 23 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti