"Mançester Siti" argentinalı futbolçunu transfer etdi

14:14 - 1 May 2021

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" Argentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Dario Sarmyentonu 5 milyon avro qarşılığında transfer edib. Daha 12 milyon avro isə bonuslar şəklində ödəniləcək.

 

Növbəti transferdən əldə ediləcək gəlirin 20 faizi Argentina klubuna çatacaq. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Dario Mançester təmsilçisinə yeni mövsüm qoşulacaq.

Xəbər xətti