Azərbaycan kubokunun 1/2 final mərhələsinin qalmaqallı "Zirə" - "Keşlə" oyunu ilə bağlı yeni görüntülər yayılıb.
Sportal.az xəbər verir ki, videoda təqdim olunan epizodlardan birində "Keşlə"nin futbolçusu Tərlan Quliyev təkbətəkə çıxmağa cəhd edən David Volkovun ayağına bilərəkdən zərbə endirir. Baş hakim Elçin Məsiyev bu zaman T.Quliyevə sarı vərəqə göstərir (79-cu dəq.). Sonuncu ümid folu olmasa belə, bu epizodda rəqibin ayağına təhlükəli, ciddi zədəyə səbəb ola biləcək oyuna görə birbaşa qırmızı vərəqə verilməsi də mümkün idi.
İlk epizodda isə "Zirə"nin futbolçusu Hacıağa Hacılıya qarşı rəqib futbolçu Vüsal İsgəndərli birbaşa ayağa çox təhlükəli zərbə endirir. Qaydalara əsasən, bu zaman da qırmızı vərəqə verilə bilərdi. Amma cəza yalnız sarı vərəqə olur (10-cu dəq.).
Hesab 1:1 olarkən, matçın sonlarında (88-ci dəq.) isə baş hakim E.Məsiyev cərimə meydançası daxilində "Zirə"li Lazar Corçeviçin rəqib oyunçuya zədəyə səbəb olmayacaq əllə zərbəsini penalti epizodu kimi qiymətləndirib, ona qırmızı göndərib. Əslində penalti qərarı haqlıdır. Amma əgər Corceviçə "qırmızı" göstərilirsə, "Keşlə"nin iki futbolçusu - hansı ki, birbaşa ayağa təhlükəli oynayıb- - onlar niyə meydandan qovulmayıb? Deyək ki, bunlar lap sarı vərəqəlik epizoddur. Bu halda "Zirə"dən Lazara niyə sarı yox, qırmızı göstərilib?
Qalmaqallı görüşlə bağlı daha 2 yeni müsahibəli epizodun görüntüsünü bölüşürük.
Təkrar oyunda evdəki məğlubiyyət səbəbindən (2:3, ilk oyunda 2:1) "Zirə" finala adlaya bilməyib. Baş məşqçi Rəşad Sadıqov bu görüşdə hakim idarəçiliyinə kəskin etiraz edib.
Qalmaqallı görüşlə bağlı daha 2 yeni mübahisəli epizodun görüntüsünü bölüşürük (qol.az).
saytlarin hazirlanmasi