"Səbail" Hagenin əvəzinə yeni qvatemalalı qapıçı tapdı

"Səbail"in qapıçısı Nikolas Hagen Kosta-Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klublarının transfer hədəfinə düşüb.

 

Sportal.az Qvatemala mətbuatına istinadla xəbər verir ki, 24 yaşlı əlcək sahibinin "dənizçilər"i tərk edəcəyi ehtimalı var.

 

Əvəzində isə "Səbail" başqa qvatemalalı qapıçı ala bilər. "Munisipial" klubunun qapıçısı Kenderson Navarro paytaxt klubuna keçə bilər. 19 yaşlı qolkiper Nikolas Hagen komandadan ayrılacağı təqdirdə, transfer ediləcək.

 

Nikolas Hagen 2020-ci ilin yayında "Səbail"ə keçib. O, bu mövsüm keçirdiyi 24 oyunda 32 top buraxıb, 6 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Tarix: 4 May [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 May 2021
14  May 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio