"Səbail"in 50-ci məğlubiyyəti

11:11 - 10 May 2021

“Səbail” Azərbaycan Premyer Liqasında 50-ci məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu XXVI turun “Neftçi” ilə görüşündə 4 cavabsız qol buraxıb. 102-ci matçına çıxan paytaxt klubu 23 dəfə evdə, 27 dəfə səfərdə uduzub.

 

Bakılılar 2017/18 mövsümündə 17, 2018/19 mövsümündə 10, ötən çempionatda 11 dəfə məğlub olmuşdusa, cari turnirdə 12-ci dəfə xalsız qalıb.

 

İlk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alan (1:2) “Səbail” indiyədək 8 müxtəlif komandaya yenilib. Bakılıların ən çox uduzduğu rəqib “Qarabağ”dır – 12 dəfə. “Neftçi” isə 10-cu dəfə “Səbail”i məğlub edib.

 

Xəbər xətti