Şənol Günəş: "İki oyunu Bakıda keçirməyimiz üstünlükdür"

13:13 - 11 May 2021

Türkiyə millisinin baş məşqçisi Şənol Günəş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Haber Global"a danışan 68 yaşlı mütəxəssis AVRO-2020-nin qrup mərhələsində iki matçı Bakıda keçirmələrinin üstünlük olduğunu söyləyib:

 

"Çox maraqlı qrupda yer almışıq. Qrupdan çıxmaya da bilərik, finala qədər irəliləyə də. FIFA reytinqində İtaliya 7-ci sıradadır, İsveçrə və Uels də bizdən öndədir. İtalyanlar topa yüksək səviyyədə sahib olan komandadır. Böyük komandalara qarşı nələr bacardığımız ortaya çıxacaq. Uels və İsveçrə də güclü rəqiblərdir. İki oyunu Azərbaycanda keçirməyimiz üstünlükdür. Bu turnir bizim üçün əvvəlkilərdən fərqli olacaq. Əsas hədəfimiz dünya çempionatına vəsiqə qazanmaqdır".

 

İlk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.

Xəbər xətti