"Portu"nun hücumçusu Səudiyyə Ərəbistanı klubunda

13:28 - 11 May 2021

"Portu"nun futbolçusu Mussa Mareqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu "Əl Hilal"la müqavilə imzalayıb. O, yeni mövsüm azad agent statusu ilə yeni komandasına qoşulacaq.

 

30 yaşlı futbolçu 2016-cı ildən "Portu"da çıxış edir. Malili hücumçu bu komanda ilə 190 oyunda 72 qol vurub.

Xəbər xətti