Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti - SİYAHI

Türkiyə millisinin AÇ-2020 üçün geniş heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Şənol Günəş 30 futbolçuya dəvət göndərib:

 

Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbaxça”), Gökhan Akkan (“Rizəspor”);

 

Müdafiəçilər: Mərt Zeki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Merih Dəmiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester” İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”);

 

Yarımmüdafiəçilər: Mahmut Tekdemir (“Başakşəhər”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbaxça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);

 

Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztəpə”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya).

 

Türkiyə yığması A qrupunda İtaliya, Uels və İsveçrə ilə mübarizə aparacaq. "Ay-ulduzlular" Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

 

Image

Tarix: 14 May [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio