Kosta "Qremio" ilə razılığa gəldi

"Yuventus"un futbolçusu Duqlas Kosta karyerasını Braziliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, icarə əsasında Münhen "Bayern"ində çıxış edən braziliyalı yarımmüdafiəçi "Qremio" ilə anlaşıb. 30 yaşlı futbolçu yeni mövsümdə komandaya qoşulacaq. Onun illik maaşı 2,8 milyon avro olacaq.

 

Kosta bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Braziliya millisinin üzvü "Qremio"nun yetirməsidir.

Tarix: 14 May [15:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2021
18  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio