Erməni futbolçu İspaniya La Liqasına yollanır

19:38 - 15 May 2021

Qazaxıstanın "Astana" klubunun futbolçusu Varazdat Haroyan karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, "Kadis" klubu Ermənistan millisinin üzvü ilə razılığa gəlib. 28 yaşlı mərkəz müdafiəçisi yeni mövsümdən əndəlüslərdə çıxış edəcək.

 

Haroyan 2021-ci ilin fevralında Rusiyanın "Tambov" klubundan "Astana"ya keçib.

Xəbər xətti