Bu gün “Səbail”in Müşahidə Şurasının iclası keçirilib.
Sportal.az xəbər verir ki, əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verilib. Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.
Üzvlər görülən işləri qənaətbəxşt hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. 3 ildi baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb.
saytlarin hazirlanmasi