“Səbail”lə müqavilə müddətini uzadan Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, o, “Zoom” vasitəsilə onlayn mətbuat konfransında əvvəlcə klubda fəaliyyət müddətinin artırılması barədə danışıb:
- Çempionatın sona çatması münasibətilə hamını təbrik edirəm. Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn komandalara uğurlar arzulayıram. Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildi iş birliyimizi müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. “Səbail”in uğuru üçün əlimizdən gələni əsirgəməyəcəyik. Mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Çalışacam ki, işimi vicdanla və ləyaqətlə davam etdirim.
- Bu mövsüm komanda maliyyə problemləri ilə üzləşdi. Rəhbərlik yeni mövsümdən eyni çətinliklərin olmayacağı ilə bağlı söz verdimi?
- Hazırda növbəti mövsümlə bağlı bir çox məsələlərin müzakirəsi davam edir. Bundan sonra da davam edəcək. Biz də bu problemlərın həllini tapması üçün çalışırıq. Ki, növbəti mövsüm stabillik yarada bilək. Bu mövsüm yaşadığımız problemlərin olmayacağına dair söhbətlər oldu. Düşünürəm ki, müzakirə və görüşlərə hər zaman ehtiyac var.
- Rəhbərlik sizə gələcəklə bağlı hansı ümidləri verdi? Ümumiyyətlə, planlarınız nələrdi?
- Ümumən, məqsədimiz akademiyaya daha çox diqqət ayırmaqdı. Növbəti mövsüm əvəzedici heyətimizi bərpa etmək istəyirik. Biz heyətlə bağlı çətinlik çəkirik. Gənc klubuq və indiki halda akademiyadan bir çox futbolçu cəlb etmık üçün tezdi. İstərdik ki, biz də digər klublar kimi akdemiyamızdan daha çox itifadə edə bilək. Necə ki, “Qəbələ”, “Sumqayıt” akademiyadakı işin bəhrəsini görür. Biz də diqqətimizi bu yöndə artıracağıq. Növbəti mövsüm əsas məqsədimiz bu olacaq.
- Gələn mövsüm komandada legioner sayı artacaq, ya azalma gözlənilir?
- Daha əvvəl qeyd etdiyim kimi, detallar var ki, onları bundan sonrakı görüşlərimizdə də müzakirə edəcəyik. Biz bu il də legionerlərdən az istifadə etdik, terli oyunçulara daha çox şans verdik. Ancaq bu, süni şəkildə olmamalıdı. İstəyirik ki, meydanda layiq olan futbolçular çıxış etsin. Bu gün futbolçu qıtlığı da mövcuddu. Yenə də çalışacağıq ki, yerlirlərə üstünlük verək. Ancaq elə mövelər var ki, oralara yerli futbolçular tapa bilmərik. Bu halda legioner oyunçular cəlb edə bilərik.
- Heyətlə bağlı köklü dəyişikliklər gözlənilir? Kimləri yola salacaqsız?
- Hələ ki, bununla bağlı işlərə başlamamışıq. Hər zaman heyətin güclənməsinə ehtiyac var. İstər nəticə qazanan komandalar, istərsə də npvbəti mövsüm üçün iddiası olmaq istəyən klublarda bu proses gedir. Ümumi olaraq deyə bilərəm ki, heyətdə dəyişikliklər olacaq. Ancaq kimlərin gedəcəyi ilə bağlı hələ qərar verməmişik.
- Kamran Ağayevin gələcəyi necə olacaq?
- Heç bir futbolçu ilə danışıqlara başlamamışıq. Sadəcə məşqçilər heyəti olaraq növbəti mövsümdə işləməklə bağlı razılıq vermişik. Bundan sonra heyətlə bağlı müzakirılərimiz olacaq və qərar verəcəyik.
- “Neftçi”nin “Qarabağ”ı məğlub edib çempion olacağını gözləyirdizmi? Ümumiyyətlə, bunun ölkə çempionatına hansı təsirlərini ehtimal edirsiz?
- “Neftçi”nin mövsüm boyu çıxışı çempion olmağına gətirib çıxardı. Demək olmaz ki, onlar buna deyildi. Sadəcə, “Qarabağ”ın böyük təcrübəsi var. Dünən istənilən nəticə ola biıərdi. “Neftçi”nin də çempion ola biləcəyini gözləyirdim. Sevindirici haldı ki, artıq çempionluq üçün də intriqa yaranıb. İnanırıq və arzu edirik ki, gələcəkdə digər klubların imkanları genişləndikcə bu rəqabət də böyütəcək. Fikrimcə, güclü olan qalib gəldi. “Neftçi”ni çmpionluq münasibətilə və Konfrans Liqasında iştirak edəcək komandaları avrokuboklara vəsiqə qazanmalarına görə təbrik edirəm. Hər birinə uğurlar arulayıram.