"Ramil Şeydayev ola-ola Əli Qurbani start heyətdə yer almalı deyil" - Ağasəlim Mircavadov

16:44 - 5 İyun 2021

"Millidə yaxşı oyunçuların sayı çoxdu. Amma milli formaya layiq olmayanlar da var".

 

Sportal.az xəbər verir ki, bunu Ağasəlim Mircavadov deyib. Azərbaycan yığmasının Belarusa qarşı keçirdiyi son oyunu (2:1) dəyərlərndirən "Şöhrət" ordenli mütəxəssis belə danışıb:

 

"Belarusu məğlub etmək bütün hallarda müsbət məqamdır. Bu qələbə yığmamız üçün yaxşı motivasiyadır. Start heyətdə Ramil Şeydayev yer almalı idi. Komandamızın qələbə qolunu vuran Ramil Şeydayev yaxşı hücumçudur. Bir gün daha güclü çempionatda oynayacağına inanıram. Şəxsən mən onun Azərbaycan Premyer Liqasında yox, ölkə sərhədlərindən kənarda oynayacağına ümid edirəm. Onun vurduğu qol Avropa standartlarına layiq bir qol idi. Həm düşünmə sürətini, həm də məsuliyyəti üzərinə götürməsini bəyənirəm. Ramil ola-ola Əli Qurbani start "11-lik"də yer almalı deyil. Əli ilə Ramil arasında yerlə göy qədər fərq var. İndi yox, Şeydayevin 19-20 yaşı olandan demişəm ki, bu futbolçu daha səviyyəli çempionatda oynamalıdır" (fanat.az).

Xəbər xətti